“O futbolçu “Real Madrid”ə yaraşmır” | Klublararası dünya çempionatı futbola vurulan zərbədir?
00:00 – Giriş
04:32 – Bu yarışda yarımfinala qədər irəliləyənlər yaxşı gəlir əldə edəcəklər
05:35 – Yayda futbol oynamaq oyunçunun bərpa prosesinə mane olur
06:36 – Futbol baxımından narazıyam
07:54 – Rodri “Qızıl top” təqdimatına zədəli halda qatılmışdı
09:38 – Azarkeşlər istəyir ki, Hazard daim eyni səviyyədə çıxış etsin
17:28 – Klublararası dünya çempionatı 4 ildən bir keçiriləcək
19:34 – Nə qədər güclü məşqçi olsan da, futbolçunun beyninə daxil ola bilməzsən
20:48 – PSJ ikinci dəfə çempion olsa, şoka düşmərəm
22:47 – Əgər bir məşqçiyə inanırsansa, sona qədər ona güvənməlisən
23:41 – Hər kəs “Real Madrid”dən danışır
25:45 – Perez olan yerdə heç bir məşqçi sərbəst qərar verə bilməz
29:58 – Futbolda iki əsas termin var: “head coach” və ya “manager”
35:32 – “Real Madrid”də bircə “qoç” var, o da Mbappedir
“İdmanda nə baş verir?” podkastının yeni buraxılışı yayımlanıb. Budəfəki buraxılışda futbol məşqçisi Tural Lətifovla ABŞ-də keçirilən klublararası dünya çempionatı müzakirə edilib.
Podkastda bu turnirin keçirilməsinin vacib olub-olmaması, eləcə də top klubların bu çempionata marağının və hazırlığının hansı səviyyədə olması ilə bağlı fikir mübadiləsi aparılıb.
T.Lətifov ulduz futbolçuların nizam-intizamındakı fərqlərə də münasibət bildirərək Kriştiano Ronaldo ilə Eden Hazardı müqayisə edib.
“Mənim üçün istedad baxımından Eden Hazard Kriştiano Ronaldodan daha üstündür. O, təkbaşına 7-8 nəfəri keçə biləcək oyunçudur. Amma Ronaldo bu yaşında da yüksək səviyyədə oynamağı bacaran futbolçulardandır . Çünki o, burger yemir, şirniyyatdan uzaq durur, yəni bəzi şeyləri qurban verir”, – o söyləyib.
Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E
https://t.me/bakutvxeber
https://x.com/bakutvofficial
https://www.instagram.com/baku.tv
https://www.baku.tv
“O futbolçu “Real Madrid”ə yaraşmır” | Klublararası dünya çempionatı futbola vurulan zərbədir?
2025 © All Rights Reserved ℗ “Baku TV” LLC ™
#bakutv #realmadrid #futbolçu

1 Comment
Özüdü🔥